"İkiarvadlılıq pis deyil, amma xanımıma yaxşı baxıram" –  Əməkdar artist

"İkiarvadlılıq pis deyil, amma xanımıma yaxşı baxıram" – Əməkdar artist

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Əməkdar artist Cavanşir Məmmədov “Səni axtarıram” verilişinin virtual qonağı olub.

müğənni karantin günlərini necə keçirməsindən bəhs edib. Aparıcı ifaçıdan evini göstərməsini istəsə də, Məmmədov razılaşmayıb: 

“İnsan öz evində darıxmamalıdır, ola bilsin balaca olsun. Ola bilsin beş-on nəfər kiçik bir evdədir. Amma mehriban olmalıdırlar. Biz də çətin günlər, yataqxana görmüşük. Səbirli olmalıyıq.

Yox, evi göstərməyək. Belə saraylar çoxunda var. O, Lökbatandan bu tərəfə Nərimanovda, Yasamalda Sulutəpədə villaları göstərin. Evimi göstərməyin tərəfdarı deyiləm. 46 ildə qazancım bu olub. Sənətimlə, alın tərimlə qazanmışam”.

C.Məmmədov “Ailə üzvlərinizi göstərin. Gözəl xanım Cavanşir bəyin əlindən nələr çəkmisən? Hamısına dözmüsən. Onun gözəl xanımı var. Qadına çox əziyyət vermisən. Gecə-gündüz orda-burda olmusan. O da evin içində uşaqları tək böyüdüb” sözlərinə isə belə reaksiya verib:

“Qadına sual ver gör, bu kişinin ikinci arvadı olub? İkiarvadlılığa pis baxmıram, amma xanımıma da, nəslinə də yaxşı baxmışam”.

Share