İmişli rayon sakininin ölməsi ilə bağlı araşdırma aparılır

İmişli rayon sakininin ölməsi ilə bağlı araşdırma aparılır

06.09.2021 Off By admin

Sentyabrın 5-i saat 19 radələrində İmişli rayonunun Aranlı kənd sakini 1985-ci il təvəllüdlü Elşad Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

İmişli Rayon Prokurorluğunun məlumatında bildirilib ki, araşdırmalarla Elşad Zeynalovun yaşadığı evin qarşısından keçən su kanalında sonluğu elektrik naqilinə bağlanmış dəmir tor vasitəsilə balıq tutarkən elektrik cərəyanının vurması nəticəsində öldüyü müəyyən olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

“HAKİMİYYET.com”

 

Share