İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

17.02.2020 Off By admin

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Rayonun Oruclu kənd sakini 1986-cı il təvəllüdlü Rzayev Orxan Bəylər oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə İmişli sakini, 1955-ci il təvəllüdlü Zeynalov Əlibala Ağabala oğlunun idarə etdiyi motosiklet toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share