İnanmayacaqsınız, amma bu balığın – 514 yaşı var – FOTO

İnanmayacaqsınız, amma bu balığın – 514 yaşı var – FOTO

26.07.2019

10:46

Alimlər Şimali Atlantikada apardıqları araşdırmalar zamanı 1505-ci ildə anadan olan köpək balığını yaxalayıblar.

Ölkə.az-a istinadən bildirir ki, yaşı radio-karbon analizi vasitəsilə müəyyən edildikdən sonra alimlər bu balığın onurğalılar arasında uzunömürlülüyə görə rekordçu olduğu qənaətinə gəliblər.

Bu balıq bütün ömrüboyu böyüyən (təxminən ildə bir santimetr) Qrenlandiya və ya Qütb köpək balıqlarındandır. Bu növ köpək balıqlarının bəzilərinin 5 metrdən çox uzunluğa çatması onların uzunömürlü olmağından xəbər verir.

Alimlər bu qərara köpək balığının göz bəbəyinin radio-karbon analizi nəticəsində gəliblər. Kopenhagen universitetində çalışan dəniz bioloqu Yulius Nilsen köpək balığının 514 ildən çoxdur ki, yaşadığını müəyyən edə bilib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email