İncəsənət əsərlərinin növbəti hərracı təşkil ediləcək

İncəsənət əsərlərinin növbəti hərracı təşkil ediləcək

22.10.2019

9:49

Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə əntiq əşyaların, qədim mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionu nəzərdə tutulur.

Auksion Mədəniyyət Nazirliyinin himayədarlığı altında Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə həyata keçirilir.

Xatırladaq ki, “Auction Baku”da qeydiyyat iki cür aparılacaq: alıcılar və satıcılar. Auksion və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksion və müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edəcəklər. “Auksion Baku”da artıq 8 lot müəyyənləşib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email