İnsan alverinə qarşı mübarizəyə dair növbəti Milli Fəaliyyət Planının yekun variantı hazırlanıb

İnsan alverinə qarşı mübarizəyə dair növbəti Milli Fəaliyyət Planının yekun variantı hazırlanıb

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair növbəti Milli Fəaliyyət Planının layihəsi keçən ili aprel ayında hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İnsan Hüquqları və Hüquq və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının (2019) müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə baş idarəsinin rəisi Həzi Aslanov bildirib. 

H. Aslanov deyib ki, həm ABŞ Dövlət Departamentinin hesabatı, həm də Avropa Şurasının İnsan Alverinə qarşı Mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) tövsiyələri də nəzərə alınaraq yenidən Nazirlər Kabinetinə Milli Fəaliyyət Planında müəyyən məsələlərə yenidən baxılması təklif olunub: “Artıq bütün maraqlı qurumların rəhbərlərinin vizaları toplanıb, hazırda məsələlər yekunlaşıb. Artıq Milli Fəaliyyət Planının yekun variantı hazırlanıb. Təkcə keçən ilin nəticələrinə görə, öncəki Milli Fəaliyyət Planının icrasına 20 dövlət qurumu cəlb edilmişdi, sənəd 72 bənddən ibarət idi”.

Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” icra edilib.

Share