“iPhone” bahalaşacaq

“iPhone” bahalaşacaq

03.08.2019

9:38

ABŞ prezidenti Donald Tramp Çindən gələn mallara vergi tətbiqini həyata keçirəcəyi üçün “iPhone”-un da bahalaşacağına səbəb olacaq.  insider.az-a istinadən bildirir ki, yeni vergilərin tətbiqi barədə o, öz rəsmi “Twitter” səhifəsində bildirib.

Tramp sentyabrın 1-dən Çindən idxal olunan mala 300 milyard dollar həcmində 10%-lik tarifin tətbiq ediləcəyini deyib. Bu vergini Çindən malları idxal edən amerikan şirkətləri ödəyəcəklər.

“iPhone”-lar Çinin ərazisində istehsal edildiyi üçün və hüquqi olaraq qadcetlər çin malı olduğuna görə, bu tarif “Apple” mallarına da şamil olunacaq. Bu səbəbdən “apple” smartfonlarının qiymətinin artacağı gözlənilir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email