İranda 2 deputatı həbs edilib

İranda 2 deputatı həbs edilib

23.08.2019

10:06

ran İslam Şurası Məclisinin (parlamentin) iki nəfər deputatı həbs edilib.

AZƏRTAC xəbər verir ki, Abhər və Zəncan vilayətlərindən parlamentə seçilmiş deputatlar – Firudin Əhmədi və Məhəmməd Əzizi həbs ediliblər. Axşam isə məhkəmənin qərarı ilə 10 milyard rial (təxminən 240 min dollar) girov müqabilində azadlığa buraxılıblar. Deputatlara Tehran şəhərini tərk etmək qadağan edilib.

İran parlamentində deputatların davranışlarına nəzarət heyətinin üzvü Cavad Camalı bildirib ki, adətən hər hansı bir deputatın saxlanılması və dindirilməsi zərurəti yaranırsa parlamentin rəyasət heyətinə məhkəmədən məktub gəlməlidir. Bu halda isə parlamentin rəyasət heyətinə məsələ ilə əlaqədar heç bir məktub daxil olmayıb. Deputatlara qarşı hansı ittihamın irəli sürülməsi haqqında hələlik məlumat verilməyib. Lakin yerli mətbuat yazır ki, deputatlar korrupsiya ilə əlaqədar həbs ediliblər.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email