İranda AES-ə yaxın şəhərdə zəlzələ baş verib
12.01.2020İranın cənubunda yerləşən Buşehr vilayətinin Əhrəm şəhərinin 6 kilometrliyində 4 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 06:31-də 10 kilometr dərinlikdə qeydə alınıb.
Əhrəm şəhəri Atom Elektrik Stansiyasının yerləşdiyi Buşehr şəhərinin 50 kilometr cənub-qərbindədir.
Dağıntı və tələfat barədə məlumat verilməyib.