İranda daha 136 nəfər koronavirusdan ölüb

İranda daha 136 nəfər koronavirusdan ölüb

06.04.2020 Off By admin

[ad_1]

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən 24 saat ərzində yeni koronavirus (COVID19) nəticəsində 136 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 3 739 nəfərə yüksəlib.

Cahanpur deyib ki, ötən sutkada daha 2 274 nəfər koronavirusa yoluxub. Ümumilikdə İranda bu virusa yoluxanların sayı 60 500 nəfərə yüksəlib.

Nazirlik rəsmisi əlavə edib ki, 4 083 nəfərin vəziyyəti ağır və kirtikdir.

Cahanpur indiyədək 24 236 nəfərin sağalaraq evə buraxıldığını deyib.

Share