İranda koronavirusa yoluxan daha 117 nəfər ölüb

İranda koronavirusa yoluxan daha 117 nəfər ölüb

12.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İranda yeni tip koronavirusa (Covid-19)yoluxanların sayı 71 min 686-ya çatıb.

APA-nın xəbərinə görə bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Ölkədə son sutka ərzində  koronavirusa yoluxan 117 nəfər vəfat edib. Bununla da bu günədək koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 4 min 474-ə çatıb.

Son sutka ərzində  ölkə ərazisində 1657 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək İranda (Covid-19) virusuna yoluxmuş 43894 nəfər sağalıb.  Hazırda virus daşıyıcısı olan 3930 nəfərin vəziyyəti ağırdır.

Share