İranda Ordu Günü paradı ləğv edildi

İranda Ordu Günü paradı ləğv edildi

07.04.2020 Off By admin

[ad_1]

Bakı. Elnur Bağışov – Trend:

17 apreldə İran Ordu Günü münasibəti ilə parad keçirilməyəcək.

Trend-in məlumatına görə, bunu İran ordusunun qərargah rəisi kontr-admiral Həbibulla Səyyari mətbuat konfransında deyib.

Bu barədə Trend Fars informasiya agentliyinə istinadən məlumat verib.

H.Səyyarinin sözlərinə görə, bununla yanaşı, İran İslam Respublikasının banisi İmam Xomeyninin məqbərəsində hərbçilər və prezidentin iştirakı ilə nəzərdə tutulan tədbir də keçirilməyəcək.

İranlı hərbi rəsmi deyib ki, 1979-cu ildən bəri hər il parad keçirilib. Bu il isə İranda Ordu Günü paradının əvəzinə “Vətən müdafiəçiləri və Sağlamlıq köməkçiləri” devizi ilə “Xidmət Paradı” keçiriləcək. Belə ki, ordu ölkə ərazisində sağlamlığın qorunması məqsədilə bir sıra tədbirlər görəcəklər.

Səyyari əlavə edib ki, İranda koronavirus yayıldığı gündən orduda səhərlər heç bir tədbir keçirilməyib.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (6 aprel) İranda 60 500 nəfərin koronavirusa yoluxduğunu, 3 739 nəfərin öldüyünü və 24 236 nəfərin sağaldığını təsdiqləyib.

Share