İranda fəlakət — ölən və yaralananlar var

18.01.2020 Выкл. Автор admin

Yanvar ayının 9-dan davam edən güclü yağışlar İranın Sistan-Bəlucistan əyalətində fəlakətə səbəb olub.

Redaktor.az xəbər verir ki, sel nəticəsində 400 kənd su altında qalıb, 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Bölgəyə gedən yolların sel nəticəsində bağlanması əhaliyə yardım edilməsini çətinləşdirib.

Əyalətə səfər edən İran prezidenti Həsən Ruhani bildirib ki, əhalinin problemləri həll ediləcək.