İranın neft naziri: “Sanksiyalardan sonra İran adı ilə neft ixrac edə bilmirik”

İranın neft naziri: “Sanksiyalardan sonra İran adı ilə neft ixrac edə bilmirik”

19.06.2019

14:19

“Tramp administrasiyasının tətbiq etdiyi sanksiyalardan sonra hazırda İran adı ilə neft ixrac edə bilmirik”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

O əlavə edib ki, hazırda  vəziyyət müharibə dövründə olduğundan da ağırıdır: “Çünki müharibə dövründə neft ixracatında problemimiz yox idi, Səddam Hüseyn bizim neft qurğularımızı  vururdu,  biz neft satıb pulunu ala bilirdik, lakin indi proses daha da ağır olub”.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email