İş yerlərində əməkdaşların 30 faizdən artığının işə çağırılmaması tapşırığı verilib

İş yerlərində əməkdaşların 30 faizdən artığının işə çağırılmaması tapşırığı verilib

08.04.2020 Off By admin

[ad_1]

Bakı. Samir Əli – Trend:

İş yerlərində əməkdaşların 30 faizdən artığının işə çağırılmaması tapşırığı verilib.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib:

Onun sözlərinə görə, avtobuslarda sıxlıq yaranmaması üçün evdə qalmaq lazımdır:




“Kifayət qədər avtobus və ehtiyat avtobuslar var. Küçədəki avtobuslar karantin rejiminə uyğun olaraq xəttə buraxılıb. Bundan əlavə, qanunsuz yollarla icazə alma halları da qeydə alınıb. İş yerlərinə öz əməkdaşlarının 30 faizdən artığının işə çağırılmaması tapşırığı verilib. Amma bəzi təşkilatlar əməkdaşlarına ehtiyac olmadığı halda icazə alırlar. Hansı təşkilatlar ki, saxta vəsiqələrlə vətəndaşlara icazə alırsa, bunlar nəzarətdədir və tədbir görüləcək”.

Share