İşğal altındakı Azərbaycan ərazilərdə daha iki nəfərdə koronavirus aşkarlanıb

İşğal altındakı Azərbaycan ərazilərdə daha iki nəfərdə koronavirus aşkarlanıb

10.04.2020 Off By admin

Azərbaycanın işğal altında olan ərazilərində daha iki nəfərin koronavirusa yoluxduğu məlum olub.

APA-nın məlumatına görə, hazırda onların əlaqədə olduğu şəxslər müəyyənləşdirilir.

Daha bir neçə nəfərin isə koronavirus şübhəsi ilə özünütəcrid olunduğu bildirilir. Onların koronavirusa yoluxub-yoluxmadığı aparılacaq test nəticəsində məlum olacaq.

Qeyd edək ki, bundan əvvəl işğal altında olan ərazilərdə 3 nəfərdə koronavirus aşkarlandığı açıqlanmışdı.

Share