İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib

İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib

06.04.2020 Off By admin

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan Trend-ə verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Qısa bioqrafiya:  Səttarov İsmət Rəcəb oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. 
O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirib, 2002-ci ildə BakıDövlət Universitetinin “İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 
2000- 2004-cü illərdə bir neçə bankda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib. 
2011-ci ildən yeni yaradılmış “Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region TV” telekanalının direktoru olub, 19.09.2016-cı il tarixindən indiyədək ARB Media Qrupun rəhbəri, “ARB24” MMC-nin direktoru vəzifəsini icra edib. 
   Evlidir, bir övladı var. 

Redaksiyamız adından biz də İsmət müəllimi təbrik edirik!

“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru  Füzuli Əfqanoğlu

Share