
İspaniyada bir gündə 440 nəfər koronavirusdan ölüb
23.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
İspaniyada son sutkada 440 nəfər koronavirusdan vəfat edib.
APA-nın “El Pais”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə bu günə kimi COVID-19 virusuna yoluxaraq ölənlərin sayı 22 157 nəfərə çatıb.
İndiyədək İspaniyada 213 000 nəfər COVID-19 virusuna yoluxub, onlardan 89 000 nəfəri sağalıb.