İspaniyada koronavirusa yoluxanların sayı sutka ərzində 4 min nəfər artıb

İspaniyada koronavirusa yoluxanların sayı sutka ərzində 4 min nəfər artıb

12.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İspaniyada ölkədə infeksiyanın yayılmağa başlamasından bu günə qədər ən azı 166 019 koronavirusa yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yayımladığı press-relizdə deyilir.

Nazirlik bildirib ki, ölkədə indiyədək virusdan 16 972 nəfər vəfat edib, 62 391 xəstə sağalıb. Son sutka ərzində yoluxanların sayı 4167, ölənlərin sayı 619 nəfər artıb.

Ümumilikdə, İspaniyada hər ötən gün yoluxma və ölüm saylarında azalma müşahidə olunur. Anti-rekord 950 xəstənin koronavirus səbəbindən öldüyü aprelin 1-də qeydə alınıb.

Share