İsraildə daha 59 nəfər koronavirusa yoluxub, 4 nəfər isə ölüb

İsraildə daha 59 nəfər koronavirusa yoluxub, 4 nəfər isə ölüb

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İsraildə COVID-19 diaqnozu qoyulmuş xəstələrin sayı 59 nəfər artaraq 13 713-ə çatıb, bununla yanaşı, gün ərzində dörd nəfər də eyni diaqnozdan ölüb. Virusdan ölənlərin ümumi sayı 177 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin 20 aprel saat 22:00-a olan məlumatına görə, indiyədək 13 713 nəfər koronavirusa yoluxub. Xəstələrdən 149 nəfəri ağır vəziyyətdədir, süni tənəffüs aparatına ehtiyacı olanların sayı isə 99 nəfərə qədər azalıb.

Son 24 saat daha 177 nəfər sağalıb, sağalanların ümumi sayı 4049-a çatıb.

Share