
İstanbulda Ramazan ayında əlavə iş saatları yenidən tənzimlənib
23.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
İstanbul valisi Əli Yerlikaya Ramazan ayının sonuna qədər əlavə iş saatları ilə əlaqədar yeni tənzimləmələrin edildiyini açıqlayıb.
APA-nın yerli bürosunun “Demirören” Xəbər Agentliyinə istinadla verdiyi xəbərə görə, Əli Yerlikaya açıqlamasında bildirib ki, koronavirus tədbirləri çərçivəsində bir ay (27 aprel — 27 may) əlavə iş saatları, 09.00-12.30 ilə 13.00-16.30 arasında olacaq.