İstanbulda təyyarə qəzası nəticəsində 3 nəfər ölüb, 179 nəfər yaralanıb

06.02.2020 Off By admin

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

 

İnterAz xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə nаziri Fəxrəddin Qoca bildirib.

 

Nazir qeyd edib ki, “Boeing 738” laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 179 nəfərə çatıb. Hadisə zamanı təyyarədə ümumilikdə 184 nəfər olub.

 

Xatırladaq ki, hadisə dünən baş verib. İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Bundan sonra laynerdə yanğın başlayıb, yanğınsöndürənlər alovu söndürməyə nail olublar. Sərnişinlər təyyarədən təxliyə edilib.

 

Qəza səbəbindən Sabiha Gökçen hava limanı bağlanıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib.

 

Share