İsveç Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İsveç Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

16.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İsveç Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.

Share