İsveç məhkəməsi A$AP Rocky-ni təqsirli bilib

İsveç məhkəməsi A$AP Rocky-ni təqsirli bilib

15.08.2019

10:12

İsveç məhkəməsi Amerika reperi A$AP Rocky-ni adam döyməkdə təqsirli bilib. AZƏRTACxəbər verir ki, bu barədə məlumatı “TheLocal.se” yayıb. Məlumatda deyilir ki, artistin bu insidentdə iştirak edən iki dostu barəsində də hökm çıxarılıb. Bildirilir ki, onlara şərti cəza kəsilib. Bu isə o deməkdir ki, A$AP Rocky və dostları cəzalarını çəkmək üçün İsveçə qayıtmalı olmayacaqlar.

Daha əvvəl verdiyimiz xəbərə görə, ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə girovların işləri üzrə xüsusi nümayəndə Robert O`Brayen reper A$AP Rocky-nin məhkəməsində iştirak etmək üçün Stokholma yollanıb. İsveç məhkəməsinin qərarına görə, reper və dostları həbsdən azad edilib. Məhkəmənin qəti qərarı bu gün qəbul edilib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email