İsveçdə  qalmaqal

İsveçdə qalmaqal

13.01.2021 Off By admin

İsveç xarici işlər naziri Ann Linde ölkənin NATO-ya üzvlüyünü nəzərdən keçirmə imkanına dair parlamentin qərarını tənqid edib.

“Hakimiyyət”  qəzeti bildirir ki, Ann Linde, yerli jurnalistlərə verdiyi müsahibədə ölkənin təhlükəsizliyinə mənfi təsir göstərə biləcək bu cür qərarları müsbət qiymətləndirə bilməyəcəyini bildirib. Xarici işlər naziri İsveçin “ölkənin hərbi ittifaqlara üzv olmaq azadlığına” dəyər verməli olduğunu vurğulayıb. A.Linde NATO-nun İsveçin yaxın tərəfdaşı olaraq qalacağını, bununla birlikdə krallığın bloklara qoşulmayan hərbi siyasətini davam etdirmək niyyətində olduğunu əlavə edib. Bundan əvvəl bəzi böyük parlament partiyaları, İsveçin Şimali Atlantika ittifaqına girməsi məsələsinə münasibətlərinə yenidən baxıldığını bildirib. Beləliklə, İsveç parlamentindəki əksəriyyət indi belə bir qərarın verilməsi imkanını dəstəkləyir. Ancaq bu günə qədər İsveçin NATO-ya üzv olması məsələsi yalnız müzakirə mövzusudur.