İtaliyada gənclər və yeniyetmələr arasında keçirilməsi nəzərdə tutulan bütün yarışlar təxirə salınıb

İtaliyada gənclər və yeniyetmələr arasında keçirilməsi nəzərdə tutulan bütün yarışlar təxirə salınıb

17.04.2020 Off By admin

İtaliya hökuməti gənclər və yeniyetmələr arasında 2020-ci ildə keçirilməsi planlaşdırılan bütün yarışları ləğv edib. Ölkədə bu yaş qrupları üçün hər il 15 regional və milli yarış keçirilir.

AZƏRTAC xəbər verir ki, məqsəd gəncləri və yeniyetmələri xəstəliyə yoluxmaqdan qorumaqdır. İtaliya Futbol Federasiyası gənclər və həvəskarlar arasında keçirilməsi nəzərdə tutulan bütün çempionatları ləğv edib və bu məsələnin il sonunadək bir daha gündəmə gətirilməyəcəyini açıqlayıb. Lakin İtaliya futbol çempionatındakı peşəkar yarışlar böyük ehtimalla may ayından etibarən davam edə bilər. A seriyasındakı yarışlar üzrə məşqlərə mayın 4-də start veriləcəyi ilə bağlı məsələ müzakirə olunur.

Aygün Əliyeva

Roma

Share