İtaliyanın “İnter” klubu fəaliyyətini müvəqqəti dayandırdı

12.03.2020 Выкл. Автор admin

«Yuventus»un müdafiəçisi Daniele Ruqanidə koronavirus xəstəliyinin aşkar edilməsi İtaliyanın digər klublarını təşvişə salıb.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, artıq «İnter» bununla bağlı rəsmi bəyanat yayıb.

Milan təmsilçisi idman fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb: «Yuventus»un futbolçusu Daniele Ruqaninin koronavirus testinin müsbət nəticələnməsindən sonra «İnter» bütün idman fəaliyyətlərini dayandırdı. Klub hazırda bütün lazımi prosedurları həyata keçirmək üçün addımlar atır».

Qeyd edək ki, martın 8-də A seriyasının XXVI turu çərçivəsində «Yuventus»la «İnter» üz-üzə gəlib, Turin təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Ruqani həmin qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Share