Kabildə partlayış

Kabildə partlayış

18.08.2019

12:39

Əfqanıstanın paytaxtı Kabıldə keçirilən toy mərasimində partlayış nəticəsində ölənlərin sayı 63-ə, yaralıların sayı 182 nəfərə çatıb. Bu barədə “Reuters” agentliyi Əfqanıstanın Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, şahidlər faciənin baş verdiyi yerdə onlarca insan cəsədinin olduğunu söyləyiblər. “Reuters” agentliyinin məlumatına görə, “Taliban” hərəkatı bu hadisədə əli olmadığını bildirib.

Xatırladaq ki, daha əvvəl “TOLOnews” agentliyi 40 nəfərin öldüyü və 100 nəfərin yaralandığı barədə məlumat yayıb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email