Kaliforniyada qəzaya uğramış F/A-18 qırıcısının pilotu həlak olub

Kaliforniyada qəzaya uğramış F/A-18 qırıcısının pilotu həlak olub

02.08.2019

11:19

ABŞ-ın Kaliforniya ştatında F/A-18 qırıcı qəyyarəsi qəzaya uğrayıb.

“RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Hərbi Dəniz Aviasiyasının komandanlığının “Twitter” səhifəsində deyilir.

Bildirilir ki, qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Məlumata əsasən, qəza təlim uçuşu zamanı baş verib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email