Kanadanın neft şirkəti Azərbaycanda müqavilə sahəsinin təhvil verilməsini tamamlayır

Kanadanın neft şirkəti Azərbaycanda müqavilə sahəsinin təhvil verilməsini tamamlayır

23.04.2020 Выкл. Автор admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanın quruda yerləşən «Muradxanlı-Cəfərli-Zərdab» neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın «Zenith Energy» şirkəti tərəfindən Müqavilə Reabilitasiya Sahəsinin (MRS) SOCAR-a təhvil verilməsi prosesi 20 iş günü ərzində tamamlanacaq.

«Zenith Energy»dən «APA-Economics»ə verilən məlumata görə, 2 mart 2020-ci il tarixində elan olunduğu kimi, şirkət hazırda MRS-i SOCAR-a təhvilvermə prosesini («təhvilvermə») rəsmiləşdirir. «Zenith Energy» təhvil verilmə prosesin növbəti 20 iş günü ərzində tamamlanacağını gözləyir.

Məlumata əsasən, təhvilvermə başa çatdıqdan sonra şirkət artıq Azərbaycanda neft hasilatı əməliyyatları reallaşdırmayacaq və sahə istehsalının bütün heyəti (təxminən 171 işçi) SOCAR-a keçiriləcək. Şirkət yuxarıda göstərilən işçilər qarşısında olan əməkhaqqı öhdəliklərinin hazırda tam şəkildə yerinə yetirildiyini təsdiq edib.

Hazırda şirkət gündə təqribən 180 barel neft istehsal edən MRS-də fəaliyyətini davam etdirir.

Müqavilə ərazinin təhvil verilməsi prosesi başa çatdıqdan sonra şirkətin yerli nümayəndəliyinə neft satışından çatacaq məbləğ 1,2 mln. ABŞ dolları təşkil edəcək.

Bununla yanaşı, «Zenith Energy» bu yaxınlarda onun Azərbaycandakı törəmə şirkətinin SOCAR-dan təxminən 350 min. dollar məbləğində iki ödəniş aldığını təsdiqləyib.

Qeyd edək ki, MRS-i təhvil verəndən sonra «Zenit»in Azərbaycanda fəaliyyəti yalnız kəşfiyyat işləri ilə bağlı olacaq.