Karantin rejimini pozan 14 min 980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Karantin rejimini pozan 14 min 980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

12.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 11 aprel saat 00:00-dan 12 aprel 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1753 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə APA-ya Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Qeyd olunub ki,  ümumilikdə 1 aprel tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 14 min 980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Share