Karantin rejimini pozan 14980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Karantin rejimini pozan 14980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

12.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 11.04.2020-ci il saat 00:00-dan 12.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1753 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə APA-ya Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Qeyd olunub ki,  ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 14980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Share