Karantin rejiminin pozulmasına görə 18 687 nəfər inzibati məsuliyyətə cəlb edilib

Karantin rejiminin pozulmasına görə 18 687 nəfər inzibati məsuliyyətə cəlb edilib

14.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 13.04.2020-ci il saat 00:00-dan 14.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2204 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə APAya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 18 687 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Share