Keçən ay Gömrük Komitəsinə 311,3 mindən çox elektron müraciət ünvanlanıb

Keçən ay Gömrük Komitəsinə 311,3 mindən çox elektron müraciət ünvanlanıb

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Martda vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 311 min 371 elektron müraciət daxil olub.

Komitədən AZƏRTAC-a bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.

Share