Kim Çen İnin komada olduğu təsdiqləndi

Kim Çen İnin komada olduğu təsdiqləndi

22.04.2020 Off By admin

Şimali Koreya lideri Kim Çen İnin səhhəti ilə bağlı mətbuatda yazılanlar təsdiqini tapıb.

Şimali Koreyanın rəsmi xəbər agentliyi Tvitterdə ölkə rəhbərinin keçirdiyi əməliyyatdan sonra komada olduğunu açıqlayıb. “Dövlət başçısı dərin meditasiyadadır və xarici siqnallara reaksiya vermir”, – deyə bildirilir.

Qeyd edək ki, Kim Çen İnin xəstəliyi ilə bağlı dəqiq məlumatlar bəlli olmasa da, KİV onun ürək əməliyyatı keçirdiyini və vəziyyətinin ağır olduğunu yazıb. Ölkə rəhbərinin vəziyyəti xəstəliyi səbəbindən pisləşərsə, hakimiyyətə kiçik bacısı Kim Ye Çjon keçəcək.

“Hakimiyyət” qəzeti