Kimyaçılar Sumqayıtda 4 mindən çox aztəminatlı ailəyə ərzaq yardımı edib

Kimyaçılar Sumqayıtda 4 mindən çox aztəminatlı ailəyə ərzaq yardımı edib

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

SOCAR həmrəylik, xeyirxahlıq və şəfqət, ruzi-bərəkət ayı olan Ramazan ayı boyunca Sumqayıt şəhəri və şəhər ətrafındakı qəsəbələrdə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı aksiyası həyata keçirib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, gənc nəslin Vətənə və millətə sadiq, düzgün və sağlam, tolerant yetişməsində mühüm rol oynayan bu ayda SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin əməkdaşları Sumqayıtda 4 mindən artıq aztəminatlı ailənin qapısını döymüş, bu ailələrin hər bir üzvünün sevinməsinə yardım edib.

“Aztəminatlı ailələrə dəstək aksiyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yeni növ koronavirusun geniş yayılmasının qarşısının alınması, eləcə də pandemiya dövründə vətəndaşların maddi ehtiyacların təmin olunmasına yönəlmiş tədbirlərdən biridir”, – məlumatda qeyd edilir.

Qeyd edək ki, ölkə başçısının “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada SOCAR-ın müxtəlif idarə və müəssisələri yaxından iştirak etmiş – Nizami, Sabunçu, Səbail, Qaradağ, Nərimanov, Xətai, Nəsimi, Suraxanı, Binəqədi, Pirallahı rayonlarında, eləcədə Siyəzən rayonunun kənd və qəsəbələrində müxtəlif yardım kampaniyalarına qoşularaq, ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları ilə köməklik göstəriblər.

Share