KOB-lar Təhsil və Karyera sərgilərində iştirak edəcək

KOB-lar Təhsil və Karyera sərgilərində iştirak edəcək

08.10.2019

11:55

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu dəfə mikro və kiçik sahibkarların oktyabrın 10-12-də Bakı Sərgi Mərkəzində keçiriləcək XIII Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgilərində iştirakına dəstək göstərəcək.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sərginin KOB-lar üçün ayrılmış xüsusi stendində təhsil sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini təqdim edəcəklər.

Qeyd edək ki, KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi olaraq dəstək göstərir. İndiyədək KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar Qida Sənayesi, Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar, Hədiyyələr və Promo Məhsulları sərgilərində, “Organic Food Festivalı 2019″da və digər sərgilərdə iştirak ediblər.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email