Kolleclərə qəbul olunmaq üçün ixtisas seçimi başlanıb

Kolleclərə qəbul olunmaq üçün ixtisas seçimi başlanıb

15.08.2019

10:08

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olmaq üçün ixtisas seçimi başlanıb.

AZƏRTAC xəbər verir ki, abituriyentlər “dim.gov.az” saytına daxil olmaqla ixtisas seçimi edə bilərlər. İxtisas seçimi avqustun 19-dək davam edəcək.

Xatırladaq ki, 11 illik təhsil bazasında kolleclərin ixtisas seçiminə ümumi balı 50‑dən, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email