Kolumbiyada ümummilli karantinin müddəti uzadıldı

Kolumbiyada ümummilli karantinin müddəti uzadıldı

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Kolumbiyada ümummilli karantin rejiminin müddəti mayın 11-dək uzadılıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu ölkənin paytaxtı Boqotada çıxışı zamanı Kolumbiya prezidenti İvan Duke deyib.

İ.Duke bildirib: “Biz məcburi izolyasiya müddətinin mayın 11-dək uzadılması barədə qərar qəbul etdik”.

Kolumbiya prezidenti əlavə edib ki, tikinti və istehsal sahələri üçün istisnalar nəzərdə tutulur.

Qeyd edək ki, Kolumbiyada koronavirusa ilk yoluxma halı martın 6-sı qeydə alınıb. Hazırda Kolumbiyada 3 977 nəfər koronavirusa yoluxma halı təsdiqlənib, 189 koronavirusdan dünyasını dəyişib, 804 nəfər isə sağalıb.

Share