“Kömək etmək istəyirik”: ABŞ-dan müəmmalı İran açıqlaması

“Kömək etmək istəyirik”: ABŞ-dan müəmmalı İran açıqlaması

09.04.2020 Off By admin

Birləşmiş Ştatlar koronavirus infeksiyası COVID-19-un yayılmasına qarşı mübarizə çərçivəsində İran və Venesuelaya humanitar yardım təklif edib.

HAKİMİYYET.com  teleqraf.com-a istinadla bildirir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo açıqlayıb.

“Hər iki halda, yəni Venesuela və İrana, xüsusilə də koronavirusdan çox əziyyət çəkən İrana humanitar yardımın göstərilməsini əngəlləyən sanksiyalar yoxdur”, – deyə “Bild” qəzeti onun sözlərindən sitat gətirir.

Pompeo, ABŞ-ın COVID-19-la mübarizə aparmaq üçün İran, Venesuela və Şimali Koreyaya humanitar yardım təklif etdiyini söyləyib.

Bundan əvvəl Avropa İttifaqı digər ölkələri Suriya, Venesuela, İran və KXDR-ə qarşı tətbiq etdiyi sanksiyaların koronavirus pandemiyası kontekstində tibbi və humanitar yardımlara mane olmadığına əmin olmağa çağırmışdı.

Mart ayında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın islam respublikasına tətbiq etdiyi sanksiyaların koronavirus infeksiyası fonunda “tibbi terrorizm” olduğunu açıqlamışdı.

Share