Köməkçisi Mübariz Mənsimovun saxlanıldığını təsdiqləyib

15.03.2020 Выкл. Автор admin

«Palmali» Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılması xəbəri təsdiqlənib.

 

Bu barədə APA-nın yerli bürosuna M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib. O, bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.

Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

 

saat 12:40

 

Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Məlumata görə, İstanbul Baş Prokurorluğunun qərarı ilə «Palmali» Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov saxlanılıb və onun yaşadığı evlərdə axtarış aparılır.

 

Share