Kommersiya qurumlarının sayı 11,5 faiz artıb

Kommersiya qurumlarının sayı 11,5 faiz artıb

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Birinci rübdə ölkə üzrə kommersiya qurumlarının sayı 14 min 801 vahid (11,5 faiz) artaraq 128 min 132 vahid təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyri-kommersiya qurumlarının sayı isə 15 min 555 vahid təşkil edib. İlk üç ayda onların sayı 625 vahid (4 faiz) artıb.

Yanvar-mart aylarında xidmət, ticarət, nəqliyyat sektorunda fəaliyyət göstərəcək hüquqi şəxslərin qeydiyyatda xüsusi çəkisi daha yüksək olub, sənaye, kənd təsərrüfatı və tikintidə çalışacaq hüquqi şəxslərin xüsusi çəkisi isə əksinə azalıb.

 

Share