Konqoda sərnişin təyyarəsi atəşə tutulub

Konqoda sərnişin təyyarəsi atəşə tutulub

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Konqonun Puent-Nuar şəhərinin hava limanında “Air France” aviaşirkətinin A330 sərnişin təyyarəsi atəşə tutulub.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə aviaşirkətin nümayəndələri “Agence France Presse”ə bildiriblər.

Bildirilir ki, təyyarə pandemiya şəraitində Afrikada olan Fransa vətəndaşlarının qaytarılması üçün nəzərdə tutulurdu. Təyyarə həmçinin Mərkəzi Afrika Respublikasında olan fransalıları da götürmək üçün Banqidə eniş edəcəkdi.

Aviaşirkətin məlumatına əsasən, təyyarə Puent-Nuar şəhərinin hava limanında dayanacaqda atəşə tutulub: “İnsident zamanı təyyarədə heyət üzvləri və sərnişinlər olmayıb”.

Share