Könül özündən 32 yaş kiçik sevgilisindən ayrıldı

Könül özündən 32 yaş kiçik sevgilisindən ayrıldı

16.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Müğənni-aktrisa Könül Yazar özündən 32 yaş kiçik sevgilisi Rüzgar Mağdenlə münasibətlərinə son qoyub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda “2. Sayfa” proqramında danışan 83 yaşlı sənətçi “Məni Allah qorudu” deyib.

Könül daha sonra “Onu heç kim tanımırdı. Hamı mənimlə tanıdı. Evi çox uzaqdadı, bu tərəflərə gəlmək istəyirdi. Ən bahalı xəstəxananı istəyirdi. Yaxşı davransaydı edəcəkdim. Adı Ufukdu, onu da məhkəmə qərarıyla istədiyi ada çevirəcəkdim” sözlərini əlavə edib.

Müğənni bildirib ki, sevgilisi ona Kubaya köçməyi təklif edib:

“Əcnəbi dil bilmir. Maşını da yoxdur, mənimkini də sürə bilmir. Sürücülük dərsi almaq istədi. Pul lazım idi, kim ödəyəcək? Əlbəttə ki, mən. Əgər yaxşı olsaydı onu da həll edəcəkdim. İki ay başa düşmədim, bir-birimizi çox sevdiyimizə inandım. İnternet tutqunudur. Hər gün şəkil qoyurdu. Sinan Çetindən soruşdum, köməkçi belə olmayıb. Onunla mənəvi eşq yaşadım”.

Share