Koronavirus Ermənistanda sürətlə yayılır – Paşinyan prosesə təsir göstərə bilmir

Koronavirus Ermənistanda sürətlə yayılır – Paşinyan prosesə təsir göstərə bilmir

06.04.2020 Off By admin

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan öz Facebook səhifəsində Ermənistanda koronavirusun yayılmasına toxunan bir yazı paylaşıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb. O, xüsusilə yazıb:

“Ermənistanda koronavirus sürətlə yayılır. Nikol Paşinyanın prosesə heç bir şəkildə təsir göstərə bilmədiyi artıq aydındır. Hər şey Tanrının umuduna qalıb. Nə qədər yayılır, qoy yayılsın. Bu epidemiya bir gün öz zirvəsinə çatacaq və geri çəkiləcək. Bəlkə yayın istisi kömək edəcək, bəlkə də ağcaqanadlar vəziyyəti daha da ağırlaşdıracaq. Təqdim etdiyim zəmanətlər əsasən nəzərə alınmır. Bir problem var: bu zəmanətləri həyata keçirmək üçün müəyyən bacarıq tələb olunur. Mövcud hökumətin belə bacarığı yoxdur ”, – deyə Baqratyan yazıb.

Ermənistan Respublikasının keçmiş Baş naziri mübarizənin adi klassik ssenarisini təklif edib:

“Qəsəbələrdə və bir sıra sənaye sektorlarında karantin tətbiq etmək lazımdır. Yaşayış məntəqələrindən yalnız Çarentsavanda oldu, bu da gecikmə ilə həyata keçirildi. Yerevana karantin tətbiq etmədilər. Yoluxma paytaxtda yayılmaqda davam edir. Məlum oldu ki, məmurlarımız istehsal sahələrinin karantini barədə eşitmirlər.

Nəticə göz qabağındadır: koronavirus Daroinkaya çatdı. Əslində bu istehsal qapalı olmalı, başdan ayağa sterilizasiya edilməli və yalnız bundan sonra açıq olmalıdır. Bu edilmədi və edilməyəcəkdir. Ərzaq dükanları həftədə ən az iki gün sterilizasiya edilməlidir. Bütün bunları hökumətə və komendanta izah etməyin lazım olub-olmadığını bilmirəm?” deyib.

Baqratyanın sözlərinə görə, İrəvan utancverici vəziyyətdədir. Küçələr yuyulmur, səkilər, eyvanlar və liftlər dezinfeksiya olunmur. Şəhər meri Hayk Marutyan komandası ilə görsənmir. O, həmçinin Tatevik Revazyan sadəcə dizertirdir. Bu qadın vaxtında Milana uçuşu dayandırmadığı üçün virus bütün ölkəyə yoluxdu. Nə baş nazir, nə də prezident heç olmasa bir dəfə xəstəxanaya baş çəkməyə, xəstələr və həkimlərlə söhbət etməyə, tibb işçilərinin maaşlarını qaldırmağa cəsarət edir. Paşinyanın əsas işi oturub “kapital proqramları”nı müzakirə etməkdir. Prezident Armen Sarkisyan isə heç olmasa bir kitab yazdı. “Xarici agentlər: dünyanın müxtəlif ölkələrinin təcrübəsi”. Bu kitabı hamımız oxumalıyıq”.

Baqratyan bütün bunların nə vaxtsa sona çatacağını və hakimiyyət dəyişikliyinin olacağını bildirib.

Babək Göyüş

Share