Koronavirusa yoluxan aktyorun ayağını kəsdilər

Koronavirusa yoluxan aktyorun ayağını kəsdilər

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Kanadalı aktyor Nik Kordero koronavirus infeksiyasına yoluxub.

sənətçi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Los-Ancelesdə klinikalardan birinə aparılan aktyorun iki həftədir pandemiyadan əziyyət çəkdiyi ortaya çıxıb.

Nikin ayağında qan dövranında problem yaranıb. Həkimlər müalicənin effeksiz olduğunu bildiriblər. Əməliyyat edilən aktyorun ayağı amputasiya edilib. Bu haqda Nikin xanımı Amanda Kuts açıqlama verib.

O bildirib ki, prosses uğurlu keçib. Sənətçinin dostları ona maddi dəstək olmaq üçün kampaniya keçirib, pul yığıblar. Bununla ailə xəstəxana xərclərini ödəyəcək.

Qeyd edək ki, Korder “Ofisiant”, “Mavi qan”, “Qanun və qayda” kimi filmlərdə rol alıb.

Share