Koronavirusa yoluxanları şəxsən müalicə etməyə hazıram

Koronavirusa yoluxanları şəxsən müalicə etməyə hazıram

07.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusa yoluxanları şəxsən müalicə etməyə hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, o, bunu hökumətin iclası zamanı deyib.

A.Lukaşenko bu məsələni səhiyyə naziri ilə müzakirə etdiyini deyib:

“Zərurət yaranarsa, ikimiz də xəstəxanaya gedib işləməyə hazırıq. Amma hələlik buna ehtiyac yoxdur”.

Prezident əlavə edib ki, dövlət virusa yoluxanları sağaltmaq üçün əlindən gələni etməyə hazırdır.

Qeyd edək ki, bu günədək Belarusda 700 nəfər koronavirusa yoluxub, 13 nəfər həyatını itirib.

Share