Koronavirusla bağlı müayinə sayına görə Azərbaycan MDB və Cənubi Qafqazda birinci yerdədir, hətta bir çox Avropa ölkələrini qabaqlayır

Koronavirusla bağlı müayinə sayına görə Azərbaycan MDB və Cənubi Qafqazda birinci yerdədir, hətta bir çox Avropa ölkələrini qabaqlayır

08.04.2020 Off By admin

[ad_1]

Bakı. Elçin Mehdiyev – Trend:

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə mühüm amillərdən biri müayinələrin düzgün aparılması və xəstəlik hallarının zamanında aşkarlanmasıdır. Koronavirusla bağlı müayinə sayına görə Azərbaycan MDB və Cənubi Qafqazda birinci yerdədir, hətta bir çox Avropa ölkələrini qabaqlayır.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova qeyd edib ki, xəstəlik olduqca sürətli və geniş yayıldığı üçün COVID-19-la bağlı testlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir:

“Bu gün Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər də infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Belə ki, əgər infeksiyanın müəyyən olunduğu ilk günlərdə Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud sayda testlər alırdısa, sonrakı mərhələlərdə ölkəmiz özü kifayət qədər testlər almağa başladı.

Başlanğıc mərhələdə əgər Azərbaycanda 200-300 test keçirilirdisə, indi gündəlik müayinələrin sayı mini ötüb. Elə bu səbəbdəndir ki, yoluxma hallarını müəyyənləşdirib, qarşısını almaq üçün imkanlar da genişlənib”.

Ş.Həsənova vurğulayıb ki, bu gün ölkəmizdə ən müasir standartlara cavab verən tibbi laboratoriyalar mövcuddur:

“Azərbaycanda COVID-19-la bağlı 53 300 müayinə həyata keçirilib. Bu da əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayının 5 262 nəfər təşkil etdiyini göstərir. Ermənistanda COVID-19-la bağlı 4 929 müayinə həyata keçirilib ki, bu da əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayının 1 663 nəfər təşkil etdiyindən xəbər verir.

Bu statistik rəqəmlər müayinələrin sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğunu və hətta bir çox Avropa ölkələrini də qabaqladığını göstərir. Belə ki, Azərbaycanda COVID-19-la bağlı 53 300 müayinə həyata keçirilibsə, Yunanıstanda bu rəqəm 25 453, Finlandiyada isə 32 800-dür.

Bu isə bir daha onu sübut edir ki, Azərbaycan dövləti əhalinin COVID-19-a dair müayinələrinin keçirilməsi ilə bağlı işləri tam nəzarətində saxlayır və bu istiqamətdə işlərə fasilə verilmir. Həyata keçirilən bütün işlər, Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması və insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər planının bariz nümunəsidir”.

Share