Kraliça II Elizabetin Ginnes rekordları…

Kraliça II Elizabetin Ginnes rekordları…

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

68 il öncə taxta əyləşən Kraliça II Elizabet aradan keçən uzun müddət ərzində dəfələrlə Ginnes Rekordlar Kitabına düşüb.

Axşam.az xarici mediaya istinadən kraliçanın Ginnes rekordlarını təqdim edir:

II Elizabet 21 dekabr 2007-ci ildə həyatının 81 il 244-cü günündə Britaniyanın ən yaşlı kraliçası ünvanının sahibi olub.

Bundan başqa, o, dünyanın ən uzun hökm edən kraliçasıdır. II Elizabet 9 sentyabr 2015-ci ildə 63 ildən çox taxtda oturan hokmdar kimi Kraliça Viktoriyanın səltənət müddətini geridə qoyub.

Həmçinin, o, 2015-ci ildə rekordun öncəki sahibi Səudiyyə Ərəbistanının kralı Abdulla Bin Əbdüləziz əl-Suudun 90 yaşında ölməsi ilə dünyanın ən yaşlı hökmdarı olub. Kraliça hazırda dünyanın dördüncü ən uzun hökm sürən hökmdarı olmaqla yanaşı, yaşayan və ən uzun müddət taxtda oturan şəxsdir.

Ginnes Rekordlar Kitabına görə kraliça eyni anda 16 azad ölkənin qanuni hökmdarıdır. Bu da onu dünyanın ən güclü qadınları sırasında ilk pilləyə yüksəldir. Kraliçanın rolu simvolik olsa da, 139 milyondan çox şəxs onu hökmdar olaraq tanıyır.

Bildirilir ki, kraliçanı görüntüsü ən az 35 fərqli ölkənin dəmir pulunda yer alır. Bu say Kraliça Viktoriya üçün 21, Kral Corc V üçün isə 19 idi.

“The Sunday Times” qəzeti 2012-ci ildə kraliçanın sənət əsərləri, zinət əşyaları və mülklər də daxil olmaq üzrə sərvətinin 504 milyon dollar olduğunu bildirib.

Share