"Kritik vəziyyət yaranarsa, karantin qaydaları sərtləşdirilə bilər" –  Rəsmi

"Kritik vəziyyət yaranarsa, karantin qaydaları sərtləşdirilə bilər" – Rəsmi

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanda kritik vəziyyət yaranarsa, karantin qaydaları sərtləşə bilər.

Axşam.az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda vəziyyət idarə olunandır:

“Bu gün bizim tibbi ləvazimatımız və hazırlığımız vəziyyəti idarə etməyə imkan verir. Xaricdən gələn vətəndaşların 20 faizində yoluxmalar aşkarlanır. Ukraynadan gələn 129 nəfərdən 29 nəfərdə nəticələr pozitiv olub. Bu, indiki vəziyyətdə idarə olunandır. Əgər vəziyyət ktirik olarsa, karantin qaydalarında sərtləşmə ola bilər”.

Share